Erməni yazıçı, hüquq müdafiəçisi və ictimai fəalı «Facebook»dakı səhifəsində Vahan Martirosyanın Bakının təşəbbüsü ilə irəli sürülmüş sülh prosesinin yalan olmasını dediyi videonu şərh edərkən belə deyib. Avetyanın sözlərinə görə, erməni xüsusi xidmət orqanları Martirosyanı hələ İrəvanda «ələ keçirib» Bakıya göndəriblər və bununla onillərlə mənəvi, fiziki və digər mənalarda məhv etdikləri sülhməramlılara «alternativ» yaradıblar.
Avetyan deyir ki, Bakıya gələrkən tənhalığı üstün tutub və razı olmayıb ki, Martirosyan onunla birlikdə Xocalı şəhidlərinin abidəsi önünə getsin.
V.Avetyanın fikrincə, Martirosyan faktiki olaraq heç kimə lazım deyilsə (hamını sata bilən insanlar qiymətləndirilmir), onun aradan götürülməsini gözləmək olar. Hazırda yaşadığı Ukraynada bunu etmək o qədər də çətin deyil. Və bu işdə maraqlı tərəf Ermənistan olacaq.