Vaxt.Az

FAAATİHƏ!!!


 

Müsavat tərk elədi, İsa Qəmbər təsdiqlədi

FAAATİHƏ!!! Müsavat Partiyası Milli Şuradan çıxıb. Bu barədə Müsavat Partiyasından məlumat verilib. Milli Şuradan çıxmaq barədə qərar partiyanın dünən keçirilmiş Divanında verilib. (APA)
Qərarda qeyd edilir ki, Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır.
Müsavat Partiyasının başqanı İsa Qəmbər faktı Musavat.com-a təsdiqləyib.
Bundan əvvəl Milli Şuranı tərk edənlərin ardınca qurumun sırasını müsavatçıların tərk etməsi ondan xəbər verir ki, artıq 2013-cü ilin mayında yaradılmış MŞ-nin «fatihəsi oxunub».
 





07.01.2014    çap et  çap et