Virtualaz.org xəbər verir ki, Karaulov müsahibəsində bildirib: «Bakı. 2002-ci il. Killerin Putini öldürəcəyi bombanı nümayiş etdirirlər. Killer sağdır. Ömürlük cəza çəkir, düşərgədədir. Müsahibə verməyə hazırdır. Lakin heç bir Rusiya jurnalisti qatillə müsahibəyə yazılmayıb. O, mümkün qədər yaxına gəlib özünü Putinlə birlikdə partlatmalı idi.
Qatil indi də Bakının 42 kilometrliyində cəzasını çəkməkdədir. Və indiyə kimi heç kim ondan soruşmayıb: «De, Rusiya Federasiyasının prezidentini öldürməyi sənə kim əmr etmişdi?» Müsahibə üçün bir dənə də sifariş yoxdur».