Vaxt.Az

«Putin İŞİD-dən daha təhlükəlidir»


 

Con Makkeyn: «Sanksiyaları sərtləşdirmək lazımdır»

«Putin İŞİD-dən daha təhlükəlidir» Amerikalı senator və prezidentliyə keçmiş namizəd, respublikaçı Con Makkeyn (John McCain) Rusiya prezidenti Vladimir Putinin özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşmadan daha təhlükəli olduğunu söyləyib.

Makkeyn «Senat Rusiyanın ABŞ-da noyabr ayında keçirilən prezident seçkilərinə müdaxilə etməsiylə bağlı iddialara görə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etməlidir», deyə əlavə edib.

ABŞ Konqresində xarici siyasət sahəsində öndə gedən isimlərdən biri kimi qəbul olunan Makkeyn, Avstraliyanın ABC kanalına verdiyi müsahibədə «Putinin ən böyük və hətta İD-dən daha təhlükəli olduğunu düşünürəm», deyib.

«Rusiyanın ABŞ-dakı prezident seçkilərinin nəticələrini dəyişdirməsi istiqamətində müvəffəqiyyətli olduğunu göstərən hansısa bir dəlilin olmamasına baxmayaraq, son olaraq Fransadakı prezident seçkiləri də daxil olmaqla, bəzi səsvermə nəticələrini dəyişdirməyə çəhd etdiyi açıq-aşkar ortadadır», deyə Makkeyn bildirib.

Makkeyn «Rusiyanın qarşımızdakı ən böyük problem olduğunu düşünürəm. Buna görə də sanksiyaları sərtləşdirmək lazımdır. Senatın yay tətilindən sonra davranışlarına görə Rusiyaya qarşı yeni sanksiyalar və cəzalar tətbiq edəcəyinə ümid edirəm», deyib.

 





30.05.2017    çap et  çap et