Virtualaz.org-un məlumatına görə, ilin əvvəlində Sülh Platforması ideyasını dəstəkləmiş məşhur Qazaxıstanlı politoloq Zamir Karajanov biləndə ki, təşəbbüsün iştirakçıları arasında satqın var imiş, məyus olub. «Ancaq qotur qoyun sürünü korlamamalıdır, prosesi davam etdirmək lazımdır. Vəziyyət mürəkkəbdir və buna görə mən həqiqətən də satqınlığın ola biləcəyini istisna etmirəm. Əlbəttə, baş verənlərdən sonra indi etibar haqda danışmaq çətindir. Amma əllərimizi yanımıza salmaq da lazım deyil», - deyə virtualaz.org-a açıqlamasında Karajanov bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi 25 ildən çoxdur davam edir və Azərbaycanla Ermənistan əhalisinin müəyyən hissəsinin mövqeyini əks etdirən bu sülh təşəbbüsü bizim regionda sabitlik və təhlükəsizliyin yeni bünövrəsinin qoyulması üçün ictimai razılıq - konsensus formalaşdıra bilərdi. «Mən ümid edirəm ki, baş verənlərə baxmayaraq, Platforma öz işini davam etdirəcək», - deyə Karajanov vurğulayıb.