ABŞ prezidenitnin məktubu mayın 31-də sərginin açılış mərasimində oxunub.
Prezident bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və bu nizamlanma regionda sülh və sabitliyin təminatına xidmət edəcək.
«ABŞ «Cənub Qaz Dəhlizi» layihəsinin reallaşdırılmasına sadiqdir. Qlobal təhlükəsizliyin qorunması və iqtisadiyyatın şaxələndirilməsi istioqamətində Azərbaycanın rolunu qiymətləndirirəm», Donald Tramp qeyd edib.
Xatırladaq ki, Donald Tramp ötən həftə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə həmkarı İlham Əliyevə məktub göndərmişdi. Azərbaycan prezidenti sərgiyə göndərilən məktubla birlikdə, bir həftə ərzində ABŞ-lı həmkarından iki təbrik almış oldu.