Modern.az xəbər verir ki, bu barədə «Financial Times» qəzetindəki məqalədə deyilir.
«Son günlər anladığım gerçəklik budur ki, başqa ölkələrə arxalandığımız dövr geridə qalıb. Biz, avropalılar öz taleyimizi öz əlimizə almalıyıq. Əlbəttə, bizim ABŞ, Böyük Britaniya və həmçinin, Rusiya ilə dost münasibətlərimiz qalmalıdır. Lakin gələcəyimiz uğrunda özümüz döyüşməliyik»- deyə Almaniya kansleri Anjela Merkel çıxışında bildirib.
Onun açıqlaması dərhal dünya KİV-nin diqqətini cəlb edib və bu, Avropa Birliyi ilə ABŞ arasında ciddi fikir ayrılığının olduğunu göstərib.
Beynəlxalq Əlaqələr üzrə Şuranın sədri Riçard Xaasın fikrincə, Merkelin açıqlaması 1945-ci ildən bəri ən ciddi böhrana səbəb olub.
«ABŞ İkinci Dünya Müharibəsinin başa çatmasından bəri bu açıqlamadan çəkinirdi. Amma diplomatik qaydalara uğyun verilən açıqlama Şimlai Atlantika Alyansının imicinə mənfi təsir göstərəcək. Rusiya rəhbərliyi Avropa-ABŞ ittifaqının zəifləməsindən istifadə edərək mövqelərini daha da möhkəmləndirə bilər».
Ekpsertlərin fikrincə, Britaniya baş naziri Tereza Meyin iqlim dəyişkiliyi ilə bağlı məsələdə ABŞ yox, Avropa Birliyini dəstəkləməsi və NATO-ya tam dəstəyini ifadə etməsi Londonun da Vaşinqtonla problem yaşamasına səbəb ola bilər.
Lakin Hamburq universitetinin professoru Diter Hasmanın fikrincə, Böyük Britaniya Brexit-dən sonra Avropadan daha da uzaqlaşacaq və daim ABŞ-ın etibarlı müttəfiqi kimi dayanacaq. Onun fikrincə, Tramp Merkeli öz siyasi opponent hesab edir.
«Tramp Merkelin xarizmasından və nüfuzundan ehtiyatlanır və Almaniyanı özünə rəqib görür. Sonuncu tvitində prezidentin Almaniya və ABŞ arasında ticarət dövriyyəsinin Berlinin xeyrinə olması ilə bağlı fikirləri də bunun nəticəsidir».
Nəticədə, bütün Avropanın lideri obrazında təqdim olunan Angela Merkel «qoca qitə»ni gözləyən qlobal problemlər – miqrant axını, Rusiya təhlükəsi, terror qorxusu və iqtisadi çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaq. Amma ABŞ və Böyük Britaniyanın ənənəvi dəstəyi olmadan xanım siyasətçinin Avropanı bu çətinliklərdən çıxaracağı inandırıcı görünmür.