Xarici KİV-lərin məlumatına görə, bunu Yaponiya alimləri aşkar edib. Araşdırmalar 20 ilə yaxın davam edib. Nəticədə məlum olub ki, gün ərzində 2,5 saatdan artıq televizora baxan insanlarda ağciyər arteriyasının trombla tıxanması riski 70 faiz qədər çatır.
Tromboemboliyanın digər risk faktorları arasında: artıq çəki, şəkərli diabet, siqaret çəkmək və hipertoniya.
Alimlər daha az televizora baxmağı, televizora baxdıqda hər 1 saatdan bir qalxmağı və yüngül fiziki hərəkətləri etməyi tövsiyə edirlər.