İdmançı mayın 29-da Tehranın Xomeyni hava limanına endiyi zaman heç bir rəsmi şəxs, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən qarşılanmayıb, onun qarşılanması üçün rəsmi mərasim də təşkil edilməyib. Belə münasibət keçmişdə də azərbaycanlı idmançılara qarşı dəfələrlə nümayiş etdirilib.
Buna baxmayaraq bir çox tanınmışı azərbaycanlı və idmansevər gənclər böyük uğurlara imza atmış Əzim Qeyçisazı qarşılamaq üçün hava limanına gedib, onu alqışlarla qarşılayıblar.
Məşhur alpinist mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya alpinistlərinin səkkiz minliklər klubuna qoşulmağı bacarıb. 8516 metr hündürlükdə olan Lhotse zirvəsini 40 günı fəth edən alpinist, bunun üçün ümumilikdə 9 il hazırlaşıb.
Əzim Qeyçisaz bu nailiyyətdən sonra dünya üzrə 8 min metr hündürlüyündə olan 14 zirvəni oksigen balonu olmadan fəth edən 16-cı alpinist olub.