X.Zeynalov deyib ki, kənddə mənzillərin, məktəbin və məscidin tikintisi tam başa çatıb: «Həmçinin mənzillər təmir edilib. Cocuq Mərcanlıda işıq, su, qaz və telekommunikasiya xətlərinin çəkilişində son tamamlama işləri görülür».
İcra nümayəndəsinin sözlərinə görə, yeni salınan qəsəbənin açılış mərasimi görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə anılan Qurtuluş gününə nəzərdə tutulub: «Açılışda cənab prezident İlham Əliyevin iştirakı gözlənilir».
X.Zeynalov bildirib ki, açılışdan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ev orderlərinin paylanmasına başlayacaq: «İlkin mərhələdə 50 ailə köçürüləcək. Onların hər birinə orderlər veriləcək. Bundan sonra Cocuq Mərcanlıya köç başlayacaq. Köçürülmə işlərinin hamısını «Dövlətqaçqınkom» öz üzərinə götürüb».