Müsavat Mərkəzi Aparatının rəhbəri deyib ki, Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var və o, bu məsələlərdə iştirak etmək istəmir.
Bu sözləri ilə Milli Şuranın Rusiya proyekti olduğuna eyham vurub-vurmadığı bağlı suala isə A.Hacılı belə cavab verib: “Mən heç nəyə eyham vurmaq niyyətində deyiləm. Ancaq yenə deyirəm, mən özümü Azərbaycan xalqının gələcəyini düşünən və bunun üçün məsuliyyət daşıyan adam hesab edirəm. Buna əsasən də qərarlarımı qəbul edirəm”.
Müsavat rəsmisi deyib ki, Müsavat Partiyasından Milli Şurada kimlərin təmsil olunacağı ilə bağlı məlumatı yoxdur: “Partiya daxilində bu məsələ ətrafında müzakirələrdən xəbərsizəm. Bir müddətdir, şəxsi işlərim bağlı, həmçinin, ölkədən kənarda olduğum üçün müzakirələrdən uzaq qalmışam”.