Vaxt.Az

Şimaldakı olaylar cənubdakıları qorxudub


 

ABŞ isə müttəfiqinin təhlükəsizliyini riskə atmaq istəmir

Şimaldakı olaylar cənubdakıları qorxudub ABŞ Cənubi Koreyaya əlavə qoşun və hərbi texnika göndərmək qərarına gəlib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren deyib. S.Uorren qeyd edib ki, həmin tədbirlər çoxdan planlaşdırılıb: «Bu, bizim Koreya yarımadasında təhlükəsizliyin təmin edilməsinə üstünlük verməyimizlə əlaqədardır».
Fevral ayında Koreya Respublikasına 9 ay müddətinə təqribən 800 hərbi qulluqçunun göndərilməsi nəzərdə tutulur. Söhbət, həmçinin 40 ədəd M1A «Abrams» tankından və təxminən eyni sayda döyüş maşınlarından gedir.
Mütəxəssislərin qeyd etdiyi kimi, hazırda Cənubi Koreyada 28 minə yaxın amerikalı hərbi qulluqçu var.
 





08.01.2014    çap et  çap et