Nazirlik raketlərin freqat (keşik çəkən hərbi gəmi) və sualtı qayıqlardan atıldığını və nəticədə Palmira şəhəri yaxınlığında ağır silahlarla İŞİD militantlarını vurduğunu bildirib.
Rusiya raketləri atmadan öncə Birləşmiş Ştatlar, Türkiyə və İsrailə xəbər verdiyini deyir, amma hücumun dəqiq vaxtını bildirmir.
Son bir il ərzində Palmira ərazisində bir çox döyüşlər olub. Şəhərə ya İŞİD döyüşçüləri ya da Suriya hökuməti nəzarət edib. Hazırda isə şəhərə nəzarət Suriya qüvvələrinin əlindədir.
Rusiya qüvvələri 2015-ci ildən bəri Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir. Birləşmiş Ştatlar və digər ölkələr isə Rusiyanı İslam Dövləti hədəflərinə qarşı kifayət qədər hava hücumları aparmamaqda günahlandırır.