Vaxt.Az

Yezidi-kürd Ermənistan vətəndaşlığından imtina edir


 

Əlil olmuş hərbçinin anası oğluna ögəy münasibətdən narazıdır

Yezidi-kürd Ermənistan vətəndaşlığından imtina edir Ermənistanın Gümrü şəhərininin sakini, yezidi kürdü, tənha ana Əsli Asanyan 20 yaşlı keçmiş əsgər oğlunu müalicə etdirmək üçün yaşadığı kiçik evi satanacağını bildirib.

«Report» xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi onun əsgərlikdən əlil qayıdan oğlu Artura Asanyanın müalicəsi ilə bağlı müraciətini cavablandırmayıb.

İyirmi üç ay hərbi xidmətdən sonra Əsli Asanyanın oğlu Artur Asanyanı sıravi xidmətə yarasız çıxararq, ordu sıralarından tərxis ediblər.

Məlumata görə, yezidi kürd ailəsi məsələ ilə bağlı Ermənistanın baş naziri və səhiyyə nazirinə müraciət edib.

«Oğlumu sağaltmasalar, 4 övladımla birlikdə Ermənistan vətəndaşlığından imtina edəcəyəm. Etnik azlığın nümayəndəsi kimi xarici ölkənin Yerevandakı səfirliyindən sığınacaq istəyəcəyəm», - Əsli Asanyan deyib.

O, oğlunu Ermənistan ordusuna sağ-salamat göndərdiyini söyləyib. Tənha qadın bildirib ki, 2016-cı ilin aprelində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki döyüşlərdə oğlu iştirak etsə də, Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi bunu inkar edir: «Xidmət edənlərə belə münasibətə görə mən hamını hərbi xidmətdən imtina etməyə çağırıram».

Qeyd edək ki, 1989-cu ildə Ermənistanda 51 min 976 yezidi kürdü yaşayıb, 2001-ci ildə onların sayı 40 min 620 nəfər olub, 2011-ci ildə isə 35 min 308 nəfərədək azalıb.

 





01.06.2017    çap et  çap et