Məqalədə deyilir ki, ABŞ hərbiyyəsi yerüstü raket zərbəsindən Müdafiə Radarını ötən gecə uğurla sınaqdan keçirib.
Bununla da Tramp administrasiyası amerikalıların müdafiəsi üçün bir neçə mərhələli müdafiə sisteminin mövcud olduğunu təsdiqləyib.
Bu da qeyd olunur ki, bu, 1999-cu ildən bəri keçirilən 17 sınaqdan uğurla başa çatan 10-cusudur.
«Biz nəticədən asılı olmayaraq hər bir yeni sınaqdan öyrənir və sistemi təkmilləşdiririk. Sınaqların keçirilməsindən məqsəd də elə budur» - Pentaqonun sözçüsü kapitan CCeff Deyvis (Jeff Davis) deyib.
Bununla belə, sözçü əlavə edib ki, budəfəki sınaqda inkişaf etdirilmiş sistemdən istifadə olunub.
Onun sözlərinə görə, sınaq sistemin daha da təkmilləşdirilməsinə imkan verəcək.
Raket Hücumundan Müdafiə Alyansının təsisçisi Riki Ellison isə daha açıq danışıb. O deyib ki, bu sınaq «həyati» məna daşıyır:
«Biz sınaq zamanı Birləşmiş Ştatların Şimali Koreyanın mümkün zərbəsindən müdafiəsini yoxlayırdıq».
Xəbərlərdə deyilir ki, sınaq zamanı Şimali Koreya raketini təqlid edən maket uçuş zamanı yarı yolda vurulub.