Modern.az-ın xəbərinə görə, bunu ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan «Cənub Qaz Dəhlizi» layihəsində, xüsusilə TAP marşrutunun reallaşmasında yaranmış gecikmələrə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, «Cənub Qaz Dəhlizi» kimi bir çox ölkələrin ərazisindən keçən layihələrdə açıq dialoqun olması vacibdir.
Danniqan bildirib ki, hazırda ABŞ hökuməti «Cənub Qaz Dəhlizi» layihəsi ilə bağlı yaranan ər hansı problemlə bağlı danışıqlar aparır.
«ABŞ hökuməti olaraq biz müvafiq Azərbaycandakı səfirimiz də daxil olmaqla, başqa ölkələrdəki səfirlərimiz, eyni zamanda federal hökumət səviyyəsində bu məsələnin dialoq yolu ilə həlli istiqamətində danışıqlar aparırıq.
Hesab edirik ki, bu layihə həm Avropa, həm də qlobal bazarda şaxələnməyə, yeni iş yerlərinin açılmasına xidmət edəcək».