Vaxt.Az

«Bunlar elə tayfadır ki...»


 

Birinci vitse-spiker hiddətləndi: «Cavablarını bundan sonra da alacaqlar»

«Bunlar elə tayfadır ki...» «Ermənilər yalnız cəbhədə vəziyyəti gərginləşdirmirlər. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirirlər və cavablarını alırlar və bundan sonra da alacaqlar. Narahatlığa heç bir əsas yoxdur».

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Birinci vitse-spiker bildirib ki, biz bu yaxınlarda Tiflisdə NATO-nun Parlament Assambleyasında çox böhtan xarakterli çıxışlar edildi və Azərbaycanın nümayəndə heyəti onların çox gözəl cavabını verdi.

«Bir çox hallarda sübut edə bildik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir. Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. 1 milyondan çox qaçqın və köçkün var ki, onların da 300 min nəfəri uşaqlardır.

Biz həmişə beynəlxalq tədbirlərdə bu məsələni qaldırırıq. Bu isə ermənilərin iç üzlərini açıb göstərir.

Çünki bunlar elə bir tafyadırlar ki, heç nədən elə şey uydururlar ki, adam məəttəl qalır. Amma bizim əsaslandığımız beynəlxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə də avropalı həmkarlarımıza məlumatlar çatdırdıq və bildirdik ki, hazırkı vəziyyət necədir».

 





01.06.2017    çap et  çap et