Bu günlərdə «Ermənistan xəbərləri» portalı xəbər yaymışdı ki, Kiprin Xarici İşlər Nazirliyinin rəhbəri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı Qarabağı ermənilərin tarixi torpağı adlandırıb.Virtualaz.org məşhur kiprli politoloq Petros Kareklasa müraciət ünvanlayaraq, Kipr hökumətinin mövqeyini şərh etməyi xahiş edib.
Öz növbəsində Kareklas müraciətimizi Kipr XİN-ə yollayıb və cavab alıb.
«Kipr XİN başçısı qəti surətdə bildirir ki, nə Ermənistanın müdafiə naziri ilə görüşdə, nə də başqa bir yerdə belə bir bəyanat verməyib», - Kareklas məlumat verib.
çap et