«Rusiya dövlət səviyyəsində haker fəaliyyəti ilə məşğul olmur və hakerləri dəstəkləmir». Bu sözləri Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.«Dövlət səviyyəsində biz heç vaxt bu işlə məşğul olmamışıq», - deyə Putin vurğulayıb.
Rusiya prezidentinin fikrincə, hakerlər digər dövlətdə prezident seçkilərinin gedişinə kardinal şəkildə təsir edə bilməz: «Heç bir məlumat son nəticəyə təsir edə bilməz».
Daha əvvəl demokratların ABŞ prezidentliyinə sabiq namizədi Hillari Klinton bəyan etmişdi ki, 2016-cı ildə onun seçki kampaniyasına təsir edən hakerlər aktiv şəkildə ölkə siyasətinə təsir edir, Vladimir Putin isə «ABŞ-ı çökdürmək» istəyir.
çap et