Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.
Ə. Temirxan bildirib ki, 2012-ci may ayından başlayaraq iyuna ayına qədər olan dövrdə AXCP, ALP, KXCP, AMİP, Ziyalılar Forumu və digər siyasi-ictimai qurumların müxalifətin demokratiya uğrunda birgə mübarizə istiqamətində razılığa gəlməsinə də məhz İ. Qəmbər mane olub. Onun sözlərinə görə, məhz Rüstəm İbrahimbəyov Milli Şuranın yaranmasında böyük rol oynayıb: Lakin İsa Qəmbər və ətrafındakı şəxslər Milli Şura yaranandan sonra bu qurumda «doğma» və «ögey» axtarışına çıxdılar. Lalə Şövkətə, Rəsul Quliyevə qarşı mübarizəyə başladılar. Daha sonra da Rüstəm İbrahimbəyovun üzərinə hücuma keçdilər. Məhəmməd Əmin Rəsulzadə də bir zaman Azərbaycan vətəndaşı olmayıb, ancaq bu, onun Azərbaycan uğrunda mübarizəsinə mane olubmu? Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq barədə ərizə də vermişdi»
Ə.Temirxan hakimiyyətin 2003-cü ildə İ. Qəmbərin «Molotov» ləqəbli KQB agenti olması barədə məlumatı təsadüfən sızdırmadığını vurğulayıb: «İsa Qəmbər bunun fakt olduğunu bildiyi üçün məhkəməyə müraciət etmədi. Ona görə də hesab edirəm ki, iqtidar hələ də müxalifətin parçalanmasında İsa Qəmbərin timsalında KQB agenti amilindən çox məharətlə istifadə edir. Hazırda Müsavat Partiyası müxalif düşərgədə deyil, iqtidarın yanındadır. Müsavat Partiyasında xeyli parlaq qüvvə var, bu partiyanın rəhbərliyinə normal insan gələrsə, partiya müxalifətə qayıda bilər. Ancaq hakimiyyət bütün vasitələrdən istifadə edəcək ki, İsa Qəmbər Müsavat Partiyasının rəhbərliyində birinci şəxs kimi qalsın». (APA)
Söz vaxtına çəkər, düz 4 il əvvəl yanvarın 16-da partiya Məclisinin toplantısında Müsavat başqanı «sən MTN-in bir dənə gədəsinin ixtiyarında olan adamsan. Sən nə cür özünü bu xalqa müxalifət kimi təqdim edə, müxalifət kimi sırıya bilərsən?! Moskva «FSB»sinin, İran ETTELAAT-nın agenturası gəlib özünü Azərbaycan xalqının demokratik qüvvəsi, müxalifət kimi xalqa sırımaq istəyir. Axı kim də bilməsə, özün yaxşı bilirsən ki, sən kimsən!» iddiasını səsləndirmişdi. Bu fikirlər həmin vaxt siyasətçilər arasında ciddi rezonans doğurdu və əks iddialar səsləndi. Amma sonradan bu «atışmalar» tədricən səngiməyə başladı. Təkcə Əvəz Temirxanın ürəyi hələ də soyumur. ALP sədri verdiyi müsahibələrdə, Facebook səhifəsində vaxtaşırı Müsavat başqanını «Molotov» ləqəbli və ya «0579 nömrəli» «KQB» agenti adlandırır.