O bildirib ki, xaricdən gələn həkimlər bizim ölkəmizdə özlərini reklam edirlər: «Xəstələr də bu reklamı görüb onların yanına gedir. Sonradan isə səhhətlərində ciddi fəsadlar ortaya çxıır və bizim həkimlər onları müalicə etməli olurlar».
R.Məmmədhəsnov xaricdən gələn həkimlərin işinə irad tutaraq qeyd edib ki, onlar xroniki xarakter daşıyan xəstəlikdən əziyyət çəkən xəstələrə yalnış müalicə üsulu tədbiq edirlər: «Xaricdən gələn elə həkimlər var ki, hansısa dərmanı xəstəyə yazır və deyir ki, bunu qəbul et və bir həftəyə hiporteniya və ya şəkərli diabetdən azad olacaqsan. Təbii ki, onların hamısı biznes maraqları güdürlər ki, işlərini reklam edirlər. Həm də əhalinin maarifçilik səviyyəsinin bir az aşağı olmasından istifadə edirlər. Bu səbəbdən cərimələri daha da artırmaq lazımdır».