Prezident Nikolas Maduronun sosialist hökümətinə qarşı etirazlarda ən az 60 nəfər həyatını itirib, minlərlə insan isə ərzaq, su və dərman qıtlığından əziyyət çəkir.
Diplomatların bəziləri münaqişənin həlli üçün beynəlxalq və regional müdaxilənin vacibliyini bildirsə də, digər diplomatlar ölkənin daxili işlərinə qarışılmamasına üstünlük verir.
Mariya Angela Holquin – Kolumbiyanın Xarici İşlər Naziri: «Biz burdan Venesuela hökümətinə səslənirik. Sivil vətəndaşlara, küçədə etiraz edən insanlara qarşı repressiyaları dayandırmalısınız. Siyasi məhbusları azad edin. Silahlı müdaxiləyə son verin. Əgər silahlı müdaxiləni davam etdirsəniz, bu, Venesuelanı layiq olmadığı fəlakətə götürəcək».
Luis Alvarado Ramirez – Nikaraqua səfiri: «ADT-nin başqa ölkələri istifadə edərək digər üzv dövlətin suverenliyinə təhlükə yartamasına tolerant yanaşa bilmərik. Biz Venesuela Respublikasına qarşı aparılan düşmən siyasətinin və beynəlxalq lincləmənin dayandırılmasını tələb edirik».
Maduro ADT-dən çıxarılmaqla bağlı təhdidə etiraz edərək, bunun ABŞ-ın Venesuelanın müstəqilliyinə müdaxiləsi olduğunu bəyan edib. O, xalqa ölkədə sülhü yenidən bərqərar və rəqiblərinin çevriliş cəhdinin qarşısını almaq üçün konstitusiyada dəyişiklik etməyə çağırıb.
Tənqidçilər bu dəyişikliyin seçki və digər demokratik alətləri ləğv edəcəyindən narahatdırlar.
Neftlə zəngin Venesuela beynəlxalq səviyyədə neft qiymətlərinin düşməsi səbəbindən iqtisadi və siyasi baxımdan dağılma təhlükəsi altındadır.