Vaxt.Az

Hindistanda ABŞ-a qadağa


 

Birləşmiş ştatlar səfirliyinin kommersiya fəaliyyəti dayandırılıb

Hindistanda ABŞ-a qadağa Hindistan hökuməti ABŞ səfirliyindən yanvarın 16-dək kommersiya fəaliyyətinə son qoymağı tələb edib. Lenta.ru-nun verdiyi məlumata görə, bu barədə NDTV telekanalı xəbər yayıb. Xəbərdə bildirilir ki, Hindistan rəsmiləri müvafiq qərarı diplomatik münasibətlər haqda Vyana konvensiyası ilə əsaslandırıblar.
Qadağa ABŞ-ın Dehlidəki səfirliyinin ərazisində yerləşən idman-əyləncə klubuna aiddir. Hovuz, fitnes zalı, boulinq, habelə bar və restoranın daxil olduğu kluba kənar şəxslərin ödənişli əsaslarla daxil olmasına icazə verilirdi.
Hindistan Xarici İşlər Nazirliyindəki mənbə “Frans Press” agentliyinə bildirib ki, kluba illik abunənin qiyməti bir neçə min dollar olub.
 





08.01.2014    çap et  çap et