OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr hasilatı hazırki səviyyədən daha çox azaltmağı müzakirə etsələr də, nəticədə hazırki səviyyə ilə 9 ay daha uzatmaq qərarı alıb. Əgər OPEC hasilatı daha 300 min barel/gün azaltsa, OPEC-in günəlik neft hasilatını azaltma həcmi 1,5 mln. barelə yüksələcək.
Digər bir mənbənin məlumatına görə, OPEC və ona üzv olmayan ölkələrin bu 300 min barel kəsintini aralarında paylaşmaq istədikləri bildirilib. Ancaq hazırda gözləyib neft bazarının buna necə reaksiya verəcəyini görmək istədikləri vurğulanıb.