Vaxt.Az

Putinə sui-qəsd edən şəxsi Kiyevdə güllələdilər


 

Adəm Osmayevin arvadı isə sui-qəsdçiyə 4 güllə vurub

Putinə sui-qəsd edən şəxsi Kiyevdə güllələdilər Rusiyalı Adəm Osmayev Kiyevdəki atışmanın qurbanı olub. Bu həmin o şəxsdir ki, Rusiyada prezident Vladimir Putinə sui-qəsddə ittiham edirlər. Virtualaz.org bildirir ki, xəbəri RBK-Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

Polisin məlumatına görə, Osmayev arvadı Amina Okuyevo ilə birlikdə guya Le Monde-dən olan fransız jurnalisti Aleks Vernerə müsahibə vermək üçün razılaşıb və Kiyevdəki Kirillovski küçəsinə gəlib. Görüş vaxtı Verner qutudan «Qlok» markalı tapança çıxararaq Osmayevin sinəsinə atəş açıb, bundan sonra onun arvadı mükafat kimi verilmiş PM markalı tapançasından hücum edən şəxsə dörd güllə sıxıb. Hər iki yaralı 17 nömrəli xəstəxanaya çatdırılıb.

Qeyd edək, 2014-cü ilin martında Putinə sui-qəsddə ittiham edilən Osmayev Ukraynadan vətəndaşlıq istəmişdi. 4 yanvar 2012-ci ildə Odessada baş verən partlayışda iştirakda şübhəli bilinən Osmayev 2012-ci ilin fevralında saxlanılmışdı. Həmin partlayış zamanı Rusiya Federasiyasının 26 yaşlı vətəndaşı həlak olmuş, Qazaxıstanın 28 yaşlı vətəndaşı ciddi xəsarət almışdı. 27 fevralda isə UTX məlumat yaymışdı ki, Odessadakı həbslə Rusiya və Ukrayna xüsusi xidmət orqanları Rusiya Federasiyasındakı prezident seçkilərindən sonra Putinə sui-qəsd hazırlığı üzrə terror planının qarşısını alıblar.

 





01.06.2017    çap et  çap et