Yeni göstəricilər «Global Peace Index»in münaqişələr və təhlükəsizliyə dair hesabatında yer alır.
Sənəddə deyilir ki, dünyada vəziyyət son on il ərzində ağırlaşıb. Əsasən də Yaxın Şərq və Şimali Afrikada olmaqla.
Hesabatda İkinci Dünya Müharibəsindən bəri uzunmüddətli inkiaşfların əldə edilmədiyi bildirilir. 2011-ci ildən bəri illik terror hadisələrinin sayı 3 dəfə artıb.
2007-ci ildən bu yana 35 ölkədə terrorizm səbəbi ilə ölüm hallarında 900 faiz artım müşahidə edilib.
Danimarka, Fransa, İsveç və Türkiyə daxil edilməklə, bir sıra ölkələrdə terrorizm halları artıb.