Vaxt.Az

Qeyçisaz qəhrəman kimi qarşılandı


 

Güneylilər mayın 19-nu həmyerlilərinin şərəfinə «Milli Alpinizm Günü» kimi qeyd olunması üçün imza topladılar

Qeyçisaz qəhrəman kimi qarşılandı Himalay dağı zirvələrini fəth edərək tarixə düşən təbrizli alpinist Əzim Qeyçisaz doğma şəhərinə dönərkən alqışlarlarla qarşılanıb. Dünyanın 8 min metrdən yüksək olan 14 zirvəsini oksigen balonu olmadan fəth edən alpinist Təbriz hava limanında çox sayda idmansevər gənclər və bəzi yerli məsul şəxslər tərəfindən qarşılanıb. Düzənlənən qarşılanma mərasimində azərbaycanlı milli-mədəni fəallar tərəfindən türkcə yazılmış plakatlar qaldırılıb, mərasim türk dilində keçirilib.

Hazırda Əzim Qeyçisazın dostları 8 min metrdən yüksək olan 14 zirvəni fəth etməyə çalışır, onların bəziləri artıq 5-ci zirvəyə çatıb.

İdmançı mayın 29-da Tehranın Xomeyni hava limanına endiyi zaman heç bir rəsmi şəxs, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən qarşılanmayıb, onun qarşılanması üçün rəsmi mərasim də təşkil edilməyib. Belə münasibət keçmişdə də azərbaycanlı idmançılara qarşı dəfələrlə nümayiş etdirilib, bu, İran rejiminin türklərlə bağlı ayrı-seçkilik siyasətini göstərir.


***


Güney Azərbaycanda çox sayda insan imza toplayaraq Ordibeheştin 29-nu (mayın 19-u) ölkə təqvimində «Milli Alpinizm Günü» kimi qeyd olunmasını tələb ediblər.

Soydaşlarımız imzaladıqları vərəqədə Nepalın Lhotse zirvəsini mayın 19-da fəth edən Ə.Qeyçipurun əldə etdiyi uğura işarə edərək bu önəmli günün tarixə düşməsini istəyiblər.

Yazı İran Gənclər və İdman naziri Məsud Sultanifərə  ünvanlanıb. «Qəhrəman Azərbaycan əhalisi İranın alpinist idmanını təbliğ etmək məqsədi ilə ölkə tarixinin ən güclü alpinisti olan Ə.Qeyçipura hörmət olaraq bu günün ölkənin rəsmi tarixində qeyd olunmasını istəyir»- deyə yazıda vurğulanıb.

Xatırladaq ki, Himalay zirvələrini fəth edən məşhur alpinist mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya alpinizm səkkiz minliklər klubuna qoşulmağı bacarıb. O 8516 metr hündürlükdə olan Lhotse zirvəsini fəth etmək üçün 40 gün ardıcıl çalışıb, alpinist bunun üçün təxminən 10 il hazırlaşıb.

Azərbaycanlı alpinist mayın 31-də doğma şəhəri Təbrizə dönərkən hava limanında çox sayda soydaşımız tərəfindən alqışlarla qarşılanıb, o əhaliyə təşəkkür edərək qazandığı medal və əldə etdiyi uğurları bölgə əhalisinə təqdim etdiyini bildirib.

Xatırladaq ki, məşhur alpinist mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya alpinizm səkkiz minliklər klubuna qoşulmağı bacarıb. O 8516 metr hündürlükdə olan Lhotse zirvəsini fəth etmək üçün 40 gün ardıcıl çalışıb, alpinist bunun üçün 9 il hazırlaşıb.

Bundan öncə dünya üzrə yalnız 16 alpinist 8 min metrdən yüksək olan 14 zirvəni oksigen balonu olmadan fəth edib, Əzim Qeyçisaz 17-ci oldu.

 





01.06.2017    çap et  çap et