Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Vaşinqtonun bu qərarını «səhv» adlandırıb.
O, mayın 31-də Ankarada keçirilən mətbuat konfransında deyib ki, «belə addımlar Suriyanın birliyi və ərazi bütövlüyü üçün son dərəcə təhlükəlidir».
Barak Obama administrasiyası regiondakı kürd döyüşçüləri ehtiyatla dəstəkləsə də, onlara silahların verilməsi barədə rəsmi qərar Trump administrasiyası tərəfindən verilib.
NATO üzvü olan Türkiyə ABŞ-kürd müttəfiqliyinə artıq bir neçə ildir ki, mane olmağa çalışır, çünki Suriyadakı YPG kürd qüvvələrini Kürdüstan İşçi Partiyası - PKK-nın qolu hesab edir.
Pentaqon bildirib ki, Suriyadakı pgqüvvələrinə kiçikçaplı silahlar və zirehli texnika onların Raqqa şəhərinin İŞİD-dən alınması əməliyyatında iştirakı üçün verilir.
Ankara İŞİD-in Suriyadakı son istehkamı olan Raqqaya kürd qüvvələrinin hücum etməsinə qarşı çıxır və ABŞ-ı bu əməliyyatın Türkiyə tərəfindən dəstəklənən 10 minlik əsgəri qüvvə tərəfindən keçirilməsinə razı salmağa can atırdı.
YPG kürd birləşmələrinin də daxil olduğu Suriya Demokratik Qüvvələri hazırda cəbhə xəttinin bəzi yerlərində Raqqa ətraflarının 3 kilometrliyinə çatıb.
Raqqanın alınması uğrunda əməliyyat İŞİD-in İraq ərazisindəki son istehkamı olan Mosul üzərinə son hücumla əlaqələndirilməlidir.