Vaxt.Az

«Mən oğrunun övladıyam»


 

Putinin mətbuat katibi Dmitriy Peskovun qızından şok etiraflar

«Mən oğrunun övladıyam» Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovla bağlı qalmaqal yaranıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskovun böyük qızı Yelizaveta Peskova «İnstagram» səhifəsində özünü milyarder və oğru adamın qızı adlandırıb. Bahalı həyatı, zənginlikləri ilə öyünən Peskova bu sərvəti xalqın hesabına qazandıqlarını etiraf edib.

«Nəsə vicdanım məni çox sıxdı. Heç yerdə yata bilmirəm: nə yaxtalarda, nə təyyarələrdə, nə də saraylarda. Qullarımın heç biri məni ovuda bilmədi. Etiraf saatı çatdı. Mən Yelizaveta Dmitriyevna Peskova prezidentin mətbuat katibinin, ölkənin ən böyük oğrusunun və milyarderin qızıyam. Bu, özümün yazdığı ilk mətndir. Mən oğurluqla məşğulam. Atam ölkənin baş oğrusu olduğu üçün bu sənətin incəliklərini mənə öyrədir.

Eşitmişəm ki, insanlar işləyir, amma sizin qul həyatınız mənə yaddır. Anadangəlmə axmaq olduğum üçün heç nə oxumuram. Diplomu isə əlbəttə ki, mənim üçün pulla alacaqlar. Mənə nəsə lazım olarsa, sadəcə, xalqın puluna özümə qul alacam. Ona görə, gələcək mənimlədir».

Yelizaveta Peskova 1998-ci ildə anadan olub. Onun valideynləri 2012-ci ildə Dmitri Peskovun xəyanətinə görə ayrılıblar.

 





02.06.2017    çap et  çap et