Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın imzaladığı fərman daha əvvəl aşağı səviyyəli məhkəmələr tərəfindən ayrı-seçkilik yaratdığına görə qeyri-müəyyən müddətə blok edilib.
«Prezident terrorçulara sponsorluq edən və ya onları gizlədən ölkələrin vətəndaşlarını lazımi qaydada yoxlamadan və onların ABŞ-ın təhlükəsizliyi üçün təhdid olmadığını aydınlaşdırmadan ölkəyə buraxmaq məcburiyyətində deyil», - deyə, ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Sara İsqur Flores bildirib.
Xatırladaq ki, D.Tramp miqrasiya ilə bağlı ilk fərmanı yanvar ayının sonunda imzalayıb, ancaq fərman bir həftə sonra Vaşinqton və Minnesota ştatlarının etiraz müraciəti əsasında qüvvədən salınıb.
Bundan sonra prezident mart ayında yeni fərman imzalayaraq, Somali, İran, Suriya, Sudan, Liviya və Yəmən sakinlərinə viza verilməsini qadağan edən yeni sərəncam imzalayıb. Sərəncamda həmçinin bütün qaçqınların qəbuluna müvəqqəti qadağa nəzərdə tutulub.
Lakin Merilend Ştat Məhkəməsi fərmanının konstitusiya hüquqlarını pozduğunu əsas gətirərək onu da müvəqqəti bloklayıb.