Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, qəbul edilmiş sənəd Konqresin birinci vitse-prezidenti xanım Rosa Maria Bartra Barriganın tərəfindən imzalanıb.
Sənəddə Azərbaycan Respublikasının dünya tarixində ilk müsəlman demokratik respublika olduğunu, bu Respublikanın bütün vətəndaşlarının bərabər hüquqlarla təmin edildiyini, ölkəmizin tolerant çoxmillətli və multikultural olduğu qeyd edilir.
İki ölkə arasında diplomatik əlaqələrin 1996-ci ildə qurulduğu xatırlanaraq Azərbaycanın Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir.