Vaxt.Az
Kiyev Kreml asılılığını azaldır
Ukrayna 2035-ci ilə qədər Rusiyadan qaz almayacaq
Ukrayna 2035-ci ilə qədər Rusiyanın «Qazprom» şirkətindən qaz almağı planlaşdırmadığını bildirib. «Kommersant» qəzeti xəbər verir ki, müvafiq qərar Ukrayna Energetika Nazirliyinin 2035-ci ilə qədər ölkənin energetika strategiyasi layihəsində yer alıb. Layihədə Ukraynanın Rusiya qazından asılılığını tam aradan qaldırılması barədə qeyd olunub.Xatırladaq ki, Ukrayna 2015-ci ildən Rusiya qazını almaqdan
imtina edib və qaz alışını Avropadan təmin etməyə başlayıb. Yeni energetika
strategiyasında Ukraynanın həmçinin 2019-cu ildən Rusiya qazının tranzitini
dayandırması imkanları da yer alıb. Bununla yanaşı, Ukrayna öz qaz hasilatını
2035-ci ilə qədər ildə 30-35 milyard kubmetrə çatdırmağı planlaşdırır. Hazırda
Ukraynada qaz hasilatı ildə 15 milyard kubmetr təşkil edir.
02.06.2017 çap et