***
08:04
Britaniya cəmiyyəti Londonun Mançester-Siti stadiounda intiharçı İŞİD terrorçus tərəfindən törədilən və onlarla adamın həlak olmasına səbəb olan hücumun şokundan ayılmağa imkan tapmamış şəhərdə yeni hücumlar törədilib.
Virtualaz.org xəbər verir ki, ötən axşam (Bakı vaxtı ilə gecədən xeyli keçmiş) terrorçuların idarə tdiyi mikroavtobus London körpüsü üzərində təxminən 20-yə yaxın piyadanın olduğu kütləni tapdalayıb.
Bundan sonra mikroavtobusdan çıxan və «cənub xarici görkəmli» üç şəxs əllərində uzunluğu 30 santimetrdən çox olan bıçaqlarla yoldan keçənlərə hücum çəkib, onlara bıçaq zərbələri endirməyə başlayıb. Mikroavtobus isə ziqzaqvari hərəkət edərək London körpüsünü keçib və hadisə yerindən uzaqlaşıb. Britaniya polisi hadisələrə çevik reaksiya verərək mikroavtobusdan düşən həmin 3 terrorçunu güllələməyə imkan tapıb.
Bu hadisələrlə eyni vaxtda London körpüsü yaxınlığında bıçaqla silahlanmış şəxs restorana hücum edib.
London polisinin bildirdiyinə görə terror hücumları nəticəsində cəmi 6 nəfər həlak olub. Skotland-Yardın nümayəndəsi Mark Rouli bildirib: «Hazırkı vaxta qədər təəsüflər olsun ki, 6 nəfər həlak olub. Bundan əlavə polis 3 nəfər hücum edəni güllələyib. 20-yə yaxın adam yaralanıb».
Skotland-Yard rəsmisi deyib ki, onlar yerli vaxtla saat 22.08 radələrində avtomobilin London körpüsü üzərində piyadaları tapdaladığı haqda məlumat alıblar. Avtomobil körpüdən keçərək Boro bazarı tərəfə hərəkət edib. «Şübhəlilər avtomobili tərk ediblər, bir neçə nəfər bıçaq yarası alıb», - Rouli bildirib.
Onun sözlərinə görə, silahlı polis çevik reaksiya verib və 3 şübhəlini güllələyib. Hücum barədə zəng polisə daxil olandan cəmi 8 dəqiqə sonra terrorçular zərərsizləşdirilib. «Onların üzərində «intharçı kəməri»inə oxşar şey olub, ancaq daha sonra bunun saxta olduğu üzə çıxdı», - Rouli deyib.
Xatırladaq ki, İŞİD avtomobilləri piyadaların üstünə sürməklə terror aktı törətmək taktikasına ötən ilin sonlarından əl atmağa başlayıb. İndiyədək Almaniyada, Fransada, digər bir neçə ölkələrdə belə terror hücumları həyata keçirilib. Mançester stadiounda törədilmiş terror aktından sonra Britaniya təhlükəsizlik qüvvələri ölkədə yeni terror təhlükəsinin olduqca yüksək olduğunu, hətta yeni hücumların qaçılmaz olacağını açıqlamışdı.