«İndi bəsdir demək vaxtıdır», deyə, Britaniya lideri bildirib.
Yüksək sürətlə hərəkət edən iri maşın London Körpüsündə piyadaların üzərinə sürülərək bir neçə adamı vurub. Yol terroruna yaxın ərazidə hücumçular həmçinin bir çox adamı bıçaqlayıblar.
Son xəbərlərə əsasən 7 mülki vətəndaş, habelə 3 terrorçu öldürülüb.
Polis maşının piyadalar üzərinə sürülməsindən sonra azı üç hücumçunun insanları uzun bıçaqlarla vurduqlarını deyib.
Polis hücumçuların güllələnərək öldürüldüklərini bildirib. Onların əyinlərində görünən partlayıcı gödəkçələrin saxta olduğu müəyyən edilib.
London Təcili Yardım Xidməti Tvitterdə azı 30 adamın London boyu 6 xəstəxanaya çatdırıldığını xəbər verib.