Vaxt.Az

Milyarder prezidenti necə «pərt etdi»?


 

«Vaşinqton bizi dayandırmaq üçün heç nə edə bilməz»

Milyarder prezidenti necə «pərt etdi»? «The Telegraph» qəzeti yazır ki, ABŞ milyarderi Maykl Blumberq (Michael Bloomberg) prezident Donald Tramp Amerikanın Paris İqlim Sazişindən çıxdığını elan edəndən dərhal sonra BMT-yə iqlim məsələləri ilə bağlı «öz cibindən» 15 milyon dollar xərcləmək niyyətini açıqlayıb.

Bu pul BMT-nin İqlim Dəyişikliyi İcraiyyə Katibliyinin çərçivə Konvensiyasına dəstək kimi verilir.

Bu barədə qərarın altına «Blumberq insanpərvərləri» imzası qoyulub.

«Amerikalılar Paris İqlim Sazişindən çıxmırlar, - deyib Maykl Blumberq, - Əksinə, biz iştirakımızı daha da inkişaf etdiririk».

Blumberq deyib ki, «amerikalılar Paris razılaşmasına əvvəldən axıradək əməl edəcəklər».

«Vaşinqton bizi dayandırmaq üçün heç nə edə bilməz», - deyib milyarder.

2002-2013-cü illərdə Nyu York şəhərinin meri olmuş 75 yaşlı Blumberq «Forbes»in zənginlər siyahısında 8-ci şəxsdir.

O həmçinin Şəhərlər və İqlim Dəyişikliyi üzrə BMT-nin xüsusi elçisidir.

Bundan əvvəl prezident Donald Tramp Amerikanın iqlim dəyişikliyi ilə bağlı bütün razılaşmalardan çıxdığını bəyan etmişdi.

Milyarder deyib ki, ABŞ-ın hər iki partiyasından olan liderlər və biznes başçıları BMT-yə dəstək bəyannaməsini birlikdə imzalayacaqlar.

«Biz Paris razılaşmasına uyğun olaraq Amerikanın bütün öhdəliklərini yerinə yetirəcəyik», - deyib Blumberq.

 





04.06.2017    çap et  çap et