Məşhur futbolçu bu şəkildə balaca qızını dodaqlarından öpür və onu ad günü münasibətilə təbrik edir.
5 yaşlı Harperin atası ilə öpüşdüyü bu şəkil Tanzaniyada çəkilib.
Şəklin altında «dədəmə öpüş» sözləri yazılıb.
Şəkli 2 milyon istifadəçi bəyənib, lakin bu hadisə eyni zamanda valideynlərin uşaqları dodaqdan öpməsinin ziddiyyəti barədə mübahisələrə səbəb olub.
«Devid, sənin qızını dodağından öpməyin düzgün deyil», - yazır bir istifadəçi.
«Düzünü desəm, atanın öz qızını dodağından öpməsi bir az qəribə görünür», - yazır başqa birisi.
Amma Bekhemin müdafiəsinə qalxanlar da çoxdur.
«Atanın övladına belə bağlılığına yalnız qibtə etmək olar», - yazır İngiltərə yığmasının bir pərəstişkarı.
Bekhemin tərəfini saxlayan başqa birisi isə yazır ki, «atanı qızını öpdüyünə görə qınayan dünyaya adamın yazığı gəlir».
Maraqlıdır ki, 2016-cı ildə qızı Harperi dodağından öpdüyünə görə Bekhemin arvadı, - dizayner Viktoriyanı qınamışdılar.
«The İndependent» yazır ki, ata-ana Bekhemlər bu debatlarla bağlı şərh vermək istəməyiblər.