Əldə olunan məlumata görə, fəal mayın 29-da Təbriz mərkəzi zindanının üçlü (seqanə) bölümünə intiqal edilib.
Azərbaycanlı fəal 2015-ci il noyabrın 20-də Təbrizin səhənd stadionunda bu şəhərin «Traxtur» futbol komandası ilə «Siyah cameqan» arasında keçirilən görüş zamanı Yavər Sultani, Cavad Sultani, Cahanbəxş Sultanzadə, Mehdi Şərifi, Hadi Hüseynnəjad, Cəfərpur, Həsən Camali, Məcid Nağızadə, Məhəmməd Şirzadə, Mehdi Şirzadə və daha onlarla «Traxtur» tərəfdarı ilə birlikdə yaxalanıb.
M.Nəcəfi bir neçə gün saxlandıqdan sonra zəmanətə buraxılıb, saxlanılanlar təhlükəsizlik qüvvələrinin ağır işgəncələrinə məruz qalıblar.
«Traxtur»-«Siyah cameqan» görüşündə stadiondakı tamaşaçılar müxtəlif şüarlar səsləndirərək İran Teleradio Şirkətinin (Səda və Sima) Azərbaycan türklərinə qarşı təhqirlərinə etiraz ediblər.
Əvvəlcə bir il həbs cəzasına məhkum edilən M.Nəcəfinin həbs qərarı sonralar Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi tərəfindən 6 aylıq həbs qərarı ilə əvəzlənib.
Məhkəmə, M.Nəcəfini səs-küy salmaq və mübahisə yaratmaq yolu ilə ümumi asayişi pozmaqda ittiham edib. Şübhəsiz ki, qondarma ittiham təhlükəsizlik qüvvələrinin qanunsuz yaxalama faktına haqq qazandırmaq məqsədi güdür.