Səudiyyə Ərəbistanının Teleradio və Yayım Şurasının qərarına görə, Qətərin dövlət televiziyası «Əz Cəzirə»nin Səudiyyədə fəaliyyət göstərən ofisinin fəaliyyəti qadağan edilib. Bundan başqa hökumət, Qətərdə çalışan Səudiyyə Ərəbistanı vətəndaşı jurnalistləri də ölkəyə geri çağırıb.
Qeyd edək ki, bu günlərdə Səudiyyə Ərəbistanı da daxil olmaqla 6 ərəb ölkəsi və Maldiv adaları Qətərlə diplomatik münasibətləri dayandırıb. Buna səbəb Qətərin terrorrizmə dəstək verməsi göstərilib.