Vaxt.Az

SSRİ havası Rusiyanın başından çıxmır


 

Moskva Bakını kiril əlifbasına qayıtmağa çağırır

SSRİ havası Rusiyanın başından çıxmır Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməyə çağırıb. Virtualaz.org «RİA Novosti»yə istinadla xəbər verir ki, nazir «Rus dünyası və rus dili: tarixi kölər və inkişaf istiqamətləri» adlı Forumda çıxışı zamanı bu haqda danışıb.

«Son 10 ildə olduqca böyük mövzu gündəmdə olub: şriftlərin latınlaşması və ərəbləşməsi. Budur, indi biz bütün MDB məkanında vahid əlifbaya-kirill əlifbasına keçməliyik. Çünki sorğular da göstərir ki, bizim yaxın xaricin əhalisi hər halda kirill əlifbasına sadiqlik barədə danışırlar», - Vasilyeva bildirib.

Nazirin fikrincə Rusiya kirill əlifbasının yayılması məsələsində çox dəqiq mövqe nümayiş etdirməlidir. «Hərçənd son iyirmi ildə bu mövqe bir qədər zəifləyib», - Olqa Vasilyeva deyib.

SSRİ dağılandan sonra MDB respublikalarından Özbəkistan, Türkmənistan və Azərbaycan kirill əlifbasından latın əlifbasına keçiblər. Qazaxıstan da bu yaxınlarda latın əlifbasına keçidi elan edib və bu prosesin 2018-ci ildə tamamlanacağını bildirib.

 





06.06.2017    çap et  çap et