Vaxt.Az

Metroda gediş haqqı artıb?


 

Nəsimi Paşayev: «Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik»

Metroda gediş haqqı artıb? Son günlər metroda gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib. Gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir.

Məsələ ilə bağlı danışan «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu məsələ hazırda müzakirə edilmir: «Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gedişhaqqının qiymətini Tarif Şurası müəyyənləşdirir».

Tarif Şurasının da mövqeyini almağa çalışsaq da, əlaqə yaratmaq mümkün olmayıb.

 





06.06.2017    çap et  çap et