Virtualaz.org xəbər verir ki, nazir «İstanbula təyyarədən yeni endiyini, nazirin vəfatı ilə bağlı xəbəri indi aldığını, təfərrüatları bilmədiyini» deyib.
«Məsələnin ancaq bu tərəfini bilirəm ki, bir neçə gün əvvəl Azərbaycan tərəfindən tələb aldıq. Bu tələb əsasında buradan ambulans-təyyarəmizi götürdük və dəyərli nazirimizi Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır durumda gəlmişdi. Türkiyəyə gələrkən durumu son dərəcə ağır idi», - Rəcəb Ağdağ bildirib.
Natiq Əliyev ürək damarlarının tıxanmasına görə kritik vəziyyətdə Neftçilər xəstəxanasında yerləşdirilmişdi, orada həkimlərin ilkin yardımından sonra Türkiyəyə aparılmışdı. Nazir ötən gün İstanbulun «Florence Nightingale» klinikasında vəfat edib.