APA-nın şimal bürosunun xəbərinə görə, komissiya sədri, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi heyət «Soyqırımı memorial kompleksi»ni və kütləvi məzarlığı ziyarət edib.
Komissiya üzvlərinə Quba soyqırımı məzarlığı barədə məlumat verilib. Əli Həsənov kompleksin xatirə kitabına ürək sözlərini yazıb.
Ziyarətdən sonra isə Quba rayon İcra Hakimiyyətində Əli Həsənovun rəhbərliyi Quba «Soyqırımı memorial kompleksi»də mövcud vəziyyətlə bağlı müşavirə keçirilir.
Qeyd edək ki, Quba şəhərindəki «Soyqırımı memorial kompleksi»nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur.