Vaxt.Az

«Onların niyyətləri saf deyildi»


 

«Saxta təşkilatın axırı bu cür olmalı idi»

«Onların niyyətləri saf deyildi» Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Müsavat partiyasının Mili Şuradan istefa verməsinə və sözügedən qurumun parçalanmasına münasibət bildirib.
Birinci vitse-spiker Z.Əsgərov açıqlamasında deyib: «Biz əvvəldən də bildirmişdik ki, Milli Şura deyilən bir qurum hüquq müstəvisindən kənarda yaradılmışdı, onun heç bir hüquqi əsası yox idi. Ona görə də bu quruma daxil olan təşkilatlar qeyri-qanuni fəaliyyət göstərirdilər. Onların əsl məqsədi Azərbaycanda xaos və qarışıqlıq yaratmaq idi. Sözsüz ki, xalqımız da bunu görürdü və ona görə də onlara dəstək vermədi. Nəticədə isə Milli Şura iflasa uğradı. İndi demək istədiyim də odur ki, Milli Şura heç vaxt saf niyyətlə fəaliyyət göstərməyib. Bu qurum hər zaman milli maraqlara qarşı olub. Azərbaycanda milli maraqlara qarşı olan və hüquq müstəvisindən kənar fəaliyyət göstərən təşkilatın aqibəti də belə olmalı idi. Ümumiyyətlə isə Milli Şuraya daxil olan siyasi partiyalar və təşkilatlar hər zaman bir-biri ilə düşmənçilik aparıblar. Milli Şuraya daxil olan müxalifət partiyaları arasında heç vaxt səmimiyyət və saf niyyət olmayıb. Ona görə də bu düşmənçiliyin axırı bu cür pis vəziyyətlə nəticələndi. Saxta niyyətlə yaradılan təşkilatın axırı da bu cür olmalı idi».
 





08.01.2014    çap et  çap et