Vaxt.Az

Vahid namizəd axtarırlar


 

Vitali Kliçko: «Hamı deyir ki, hakimiyyət dəyişməlidir və sonra soruşurlar... »

Vahid namizəd axtarırlar Viktor Yanukoviç üzərində inamlı qələbə qazanmaq üçün prezident seçkilərinin birinci turunda vahid namizədin irəli sürülməsindən başqa yol yoxdur. Modern.az saytının Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bunu «UDAR» Partiyasının lideri Vitali Kliçko Maydandakı çıxışı zamanı deyib: «Biz birləşəcəyiksə, güc olacağıq. Maydanda birləşdiyimiz kimi siyasətdə yalnız gücümüzü birləşdirməklə qalib gələ bilərik».
Maydandakı çadırlara baş çəkən Kliçkonun fikrincə, oradakı insanların heç biri geri çəkilmək niyyətində deyil: «Hamı onu da deyir ki, hakimiyyət tamamilə dəyişməlidir. Onlar soruşurlar: müxalifət vahid namizəd irəli sürməyə qadirdirmi?»
«UDAR»ın liderinin fikrincə, demokratik qüvvələr vahid namizəd irəli sürməli və prezident seçkilərində onu dəstəkləməlidir: «Mən bu haqda çoxdan bəyan etmişəm və fikrimi dəyişməmişəm. Biz necə vahid namizəddən danışa bilərik ki, bir neçə nəfər namizəd olmaq iddiasındadır? Məgər bu gün hakimiyyətə səsləri parçalamaq və ikinci turda ciddi sürpriz hazırlamaq üçün bu lazım deyilmi?»
Qeyd edək ki, «Batkivşina» parlament fraksiyasının rəhbəri Arseni Yatsenyuk bəyan edib ki, hər üç müxalif siyasi qüvvə prezident seçkilərində öz namizədi ilə iştirak edəcək. Onun sözlərinə görə, bu qərar 2013-cü ilin may ayında qəbul olunub: «Ötən il mayın 18-də biz üç qüvvə birgə razılaşma imzalamışıq və orada dəqiq qeyd edilib ki, vahid namizəd ikinci turda dəstək alacaq.
Yatsenyuk onu da əlavə edib ki, 2014-cü ildə üç müxalif qüvvə - «Batkivşina», «UDAR» və «Azadlıq» vahid komanda formalaşdıracaq: «Bu komanda təkcə seçkiyə getməyəcək, sadəcə qalib gəlməyəcək, həm də bütün dünyaya sübut edəcək ki,  Ukrayna dəyişikliyə qadirdir və 2015-ci ildən sonra o Avropa İttifaqının faktiki üzvü olacaq».
 





08.01.2014    çap et  çap et