Vaxt.Az

DÇ-2022 qışda keçiriləcək


 

FİFA-dan hamını şoka salan qərar

DÇ-2022 qışda keçiriləcək Beynəlxalq Futbol Federasiyaları İttifaqının (FİFA) baş katibi Jerom Valke 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının vaxtı ilə bağlı şok açıqlama verib.
Virtualaz.org saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, J.Valke deyib ki, dünya çempionatı qışda keçiriləcək.
Dünya çempionatları adətən yayda keçirilir. Ərəbistan yarımadasının şərqində yerləşən Qətərdə isə iyun-iyul aylarında orta temperatur təqribən müsbət 38 dərəcə olur. Bu da futbol üçün münasib deyil.
J.Valke daha sonra deyib ki, dünya çempionatı iyun-iyul aylarında keçirilməyəcək: «Zənnimcə, o, noyabrın 15-i ilə yanvarın 15-i arası keçiriləcək. Əgər oyunlar noyabrın ortaları ilə dekabrın sonu arasındakı dövrdə keçirilsə, hava daha xoş olacaq, temperatur Avropada ilin isti vaxtına uyğun - orta hesabla 26 dərəcə isti olacaq. Bu isə futbol üçün ideal şərait deməkdir».
«RİA Novosti» informasiya agentliyinin «Sky Sports» televiziya kanalına istinadən verdiyi xəbərə görə, FİFA-nın vitse-prezidenti Cim Boys deyib ki, təşkilatın baş katibi Jerom Valkenin 2022-ci ildə Qətərdə dünya çempionatının qış vaxtı keçiriləcəyini elan etməsindən şoka düşüb: «Mən bu vəziyyəti belə təsəvvür edirdim: FİFA-nın İcraiyyə Komitəsi ətraflı hesabat alır, bütün məsul şəxsləri dinləyir və sonra İcraiyyə Komitəsi üzvlərinin dekabr iclasınadək heç bir diskussiya aparılmır».
Yada salaq ki, Qətər mundialı keçirmək hüququnu 2010-cu ilin dekabrında qazanıb.

 





08.01.2014    çap et  çap et