Vaxt.Az
H3N2 virusu ilə mübarizə vasitələri
Virus orqanizmin mikroblarla mübarizəsinə mane olur
Son günlər yayılan qripə bənzər xəstəlik çoxlarından yan keçməyib. H3N2 virusu olaraq adlandırılan bu xəstəlik mövsümü olsa da ağır fəsadlarla nəticələnə bilər. Virus orqanizmin mikroblarla mübarizəsinə mane olur. Bəs ondan necə qorunmaq olar?Türkiyənin Yeditepe universitetinin şöbə müdiri, professor Erdem yaşılada xəstəliklə mübarizənin faydalı və asan yollarını təqdim edib. Oxucuları bu virusdan qorunmağın yolları ilə tanış edir.
Virusla mübarizə üçün ən yaxşı vasitələr bitki çaylarıdır. Bu sırada ilk yerdə çökə çayı (ıhlamur) gəlir.
Çökə çayı tərkibindəki birləşməklər sayəsində iltihabı aradan qaldırır və ağrıkəsici təsir göstərir. Boğazı yumşaldır, qıcıqlanmanı aradan qaldırır. Soyuqdəymənin nəticələrini aradan qaldırılmasına kömək edir.
Adaçayı
Bu çay ağız və boğaz iltihablarında faydalıdır. Bu bitkinin həm çayı, həm də qarqarasından istifadə etmək olar.
Zəncəfil
Soyuqdəymə və qriplə mübarizədə ən effektiv vasitələrdən biridir. Tərkibindəki maddələr iltihabın qarşısını alır və mikroblarla mübarizə üçün orqanizmi gücləndirir.
Mixək
Ağız və boğazda olan qıcıqlanmaların qarşısını alır, boğaz infeksiyalarını yüngülləşdirir. Mixəkdən həm çayda, həm də qarqaralarda istifadə etmək mümkündür.
Qara istiot
Top və toz formasında olan istiotla hazırlanan çaydan qarqara kimi istifadə infeksiyaları məhv edir. Xüsusilə soyuqdəymənin ilkin əlamətləri hiss edildiyi zaman istifadəsi məsləhətdir. İstiot immuniteti gücləndirir, spazma və yanğıların qarşısını alır.
09.01.2014 çap et