Korrupsiyaya qarşı Mübarizə Fondunun ofisində işıqlar söndürülüb. Saxarov meydanında Navalnının azsaylı tərəfdarlarının cəmləşdiyi və saxlanılanların olduğu bildirilir. Navalnının tərəfdarlarının əsas hissəsi Tver meydanına cəmləşib. Hələlik polislə qarşıdurma baş verməyib.
***
15:26
Navalnı tərəfdarları Moskvanın Tver meydanı boyu antikorrupsiya yürüşü keçirir, bu zaman aksiyaçılar şəhər hakimiyyətinin tələbinə əməl edərək siyasi məzmunlu plakatlar daşımır və şüarlar səsləndirmir. Polis əllərində plakat tutanlara müdaxilə edir, iki nümayişçinin plakat daşıdığına görə saxlanıldığı bildirilir.
Regionlarda isə bir çox şəhərlərdə izdihaml aksiyalar baş tutub. Yekatrinburqda Navalnının çağırışına minlərlə adam səs verib, mer Yevgeni Royzman da aksiyaya qatılıb. «Çoxları soruşur ki, mən niyə bu aksiyaya qatılmışam. Çox sadə səbəbi var. Mən korrupsiyaya qarşıyam», - mer özünün «Twitter» səhifəsində yazıb.
Sankt-Peterburqun Mars çölündə də minlərlə aksiyaçı toplaşıb. Polis əllərində plakat tutanları saxlayır. Belələrindən biri əlində «Volodya! Biz səndən yorulduq» sözləri yazılmış plakat tutub, polis onu bir neçə dəqiqə sonra saxlayıb.
***
13:40
Çelyabinsk şəhərində də bir neçə min adam Aleksey Navalnının çağırışı ilə antikorrupsiya mitiqinə çıxıb. Mitinq icazəlidir və ciddi insident qeydə alınmayıb. Rusiyanın ikinci paytaxtı hesab olunan Sankt-Peterburqda isə meriya aksiyaya icazə verməyib, bununla belə Navalnının tərəfdarları şəhərin Mars çölündə toplaşmağa hazırlaşırlar. Həmin ərazini «Rosqvardiya»nın döyüşçülərinin olduğu avtobuslarla əhatəyə alıblar.
Moskvada isə meriyanın mitinq üçün ayırdığı Saxarov meydanı hazırda boşdur. Navalnı öz tərəfdarlarını mərkəzi Tver meydanına çağırıb. Tver meydanına hazırda heç kim buraxılımır. «Rosqvardiya» dəstələri meydanı əhatəyə alıb. Meriya orada «Rusiya günü» yürüşünün keçiriləcəyini elan edib. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Navalnının aksiyanı icazə verilmiş yerdə deyil, Tver meydanında keçirmək barədə çağırışına şərh verib, bunun meriyaya aid məsələ olduğunu deyib: «Əsas məsələ odur ki, təxribat olmasın».