Vaxt.Az

Puetro Riko 51-ci ştat oldu


 

Yarım milyon vətəndaş ABŞ vətəndaşı olmağın lehinə səs verib

Puetro Riko 51-ci ştat oldu Bazar günü ABŞ ərazisi olan Puerto Riko sakinləri qeyri-məcburi referendumda 51-ci ştat olmağın lehinə səs veriblər. Ştatlıq lehinə yarım milyon, müstəqillik lehinə 7 min 6 yüz, hazırkı status davam etdirilməsinin lehinə isə 6 min 7 yez səs verilib. Seçici fəallığı 23 faiz olub.

Bu, ada seçicilərinin iştirak etdiyi beşinci qeyri-məcburi referendumdur. 2012-ci ildə ada ştat olmağı seçmişdi, amma Puerto Rikonun ştatlıq tələbəninin əsas arbitri olar Konqress məsələni heç müzakirə etməyib.

Bir çoxları 10 illik iqtisadi tənəzzülə səbəb olaraq adanın ərazi statusunu görür. Lakin opponentlər adanın mədəni kimliyini itərəcəyindən narahatıdr və xəbərdarlıq edir ki, Puerto Riko milyonlarla dollar dəyərində federal vergi ödəməli olacağı üçün maddi baxımdan daha çox çətinlik çəkəcək.

Puerto Riko sakinləri ABŞ gəlir vergisindən azad olsalara da, Sosial Təminat (Social Security), Yaşlılıq sığortası (Medicaire) və yerli vergiləri ödəyirlər. Bundan əlavə əraziyə ABŞ ştatlarından daha az federal maliyyə ayrılır.

Bu referendum Birləşmiş Ştatların puerto rikalılara vətəndaşlıq verməsinin 100-cü ildönümünə təsadəüf edir. Onları vətəndaş olmalarına baxmayaraq, Puerto rikalıların prezident seçkilərində iştirak etmələri qadağandı və onların Konqresd yalnız bir mədud səsvermə səlahiyyətlərə sahib nümayəndəsi var.

 





12.06.2017    çap et  çap et