Vaxt.Az

«Günah vergisi»


 

Onilliklər boyu vergi bilməyən səudlar bu yolla neft kəsirinin kompensasiyasını qapatmağı düşünür

«Günah vergisi» Səudiyyə Ərəbistanında yeni vergi tədbirləri tətbiq edildikdən bəri siqaret çəkənlər bir qutuya görə ikiqat ödəniş etməli olurlar. Bu, «günah vergisi» adlanır və təkcə siqaretə deyil, həmçinin qazlı içkilərə də aiddir.

Vergi planları təkcə Səudiyyədə deyil, həmçinin bütün Körfəz ölkələrində azalan neft gəlirlərini kompensasiya etmək üçün həyata keçirilən tədbirlərin bir hissəsidir.

Onilliklər boyunca səudilər vergi ödəməyib.

Yerli media yazır ki, bir çox bizneslər qiymətlər ikiqat olacağı zaman daha çox qazanmaq üçün qiymətləri qaldırmaqda ittiham olunub.

 





12.06.2017    çap et  çap et