Vaxt.Az

ABŞ-a 5 milyard ziyan dəyib


 

Mərkəzi və şərq ştatlarda cəhənnəm yaşanır

ABŞ-a 5 milyard ziyan dəyib ABŞ-da yanvar ayının əvvəlindən başlayan kəskin şaxtalar ölkəyə 5 milyard dollar ziyan vurub. Bu barədə havanın biznesə təsirini araşdıran «Planalytics» şirkəti məlumat yayıb.
Arktikadan gələn soyuq hava kütlələri ABŞ-ın mərkəzi və şərq ştatlarını cənginə alıb. Şaxtalardan 200 milyondan çox insan əziyyət çəkir. İnfrastrukturda ciddi ziyan dəyməsə də, ən azı 21 nəfərin dünyasını dəyişdiyi xəbər verilir. «Plananalytics»in verdiyi məlumata görə, 2010-cu ildə soyuqlar 25-30 milyard dollar zərər vurub. Həmçinin ekspertlər hesab edirlər ki, şaxtalar ABŞ iqtisadiyyatını 17 trilyon geri salır. 
İqtisadçılar hesab edirlər ki, hava şəraiti yaxşılaşdırılması daha çox pərakəndə ticarət və xidmət sahəsində olan insanlara müsbət təsir edəcək.
 





09.01.2014    çap et  çap et